Şirvanda işəgötürənlərin iştirakı ilə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası təşkil olunub.

 

10 işəgötürənin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə 123 vakansiya təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

 

Yarmarkada vətəndaşlara Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərin qeydiyyatı aparılıb.