Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təminatı istiqamətində tədbirləri davam etdirir.
Əhalinin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi istifadəyə verilib.
Xidmət şöbəsində məşğulluq xidmətləri ilə bağlı müraciət edən sakinlərin qeydiyyatı aparılaraq, onların məşğulluq imkanları qiymətləndirilir. Fərdi Məşğulluq Proqramları tərtib edilməklə sakinlərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə onlara karyera məsləhəti xidmətlərinin göstərilməsi işləri aparılır.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində indiyədək Laçın rayonu üzrə öz doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluğunun təmin olunması üzrə geniş həcmli işlər həyata keçirilib. Belə ki, əhalinin məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndlərində 900-dən artıq şəxsin məşğulluğu təmin edilib. Onlardan 800-dən çoxu vakansiya üzrə işlə təmin olunub, 32 nəfər özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin edilib. Bundan əlavə, Laçın rayonunda 5 fərqli ixtisas üzrə peşə hazırlığı kursları təşkil edilib, kursları bitirən vətəndaşların müvafiq işlərlə təmin olunması istiqamətində fəaliyyət davam etdirilir.