Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialı tərəfindən Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə işəgötürənlərlə görüş keçirilib.
Görüşdə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri barədə işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tədbir çərçivəsində mövcud vakansiyaların vakansiya bankına yerləşdirilməsinin zəruriliyi və faydaları, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi qaydası, digər məşğulluq tədbirləri, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili haqqında təqdimatlar edilib, işgötürənləri maraqlandıran suallar cavablandırılıb.
Sonda Agentliyin fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənilib.