Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli onlayn qaydada vətəndaşları qəbul edib. Bu dəfəki qəbulda 1, 3, 7 və 11 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə vətəndaşlar iştirak edib.
Vətəndaşlar özünüməşğulluq proqramı və işlə bağlı müraciətlərini ediblər. Müraciətlərin hər biri qeydiyyata alınıb, araşdırılması və həlli üçün müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə tapşırıqlar verilib.
Qeyd edək ki, cari ilin 6 ayı əzrində ərzində Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti tərəfindən ümumilikdə 40 onlayn vətəndaş qəbulu keçirilib. Həmin qəbullarda 282 vətəndaş iştirak edib. Onlardan 151 nəfəri işlə bağlı, 119 nəfəri özünüməşğulluq proqramı, qalanları isə digər məsələlərlə bağlı müraciət edib.