Qazax, Beyləqan və Hacıqabul rayonlarında keçirilmiş yarmarkalarda 340 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.

 

Qazax-Tovuz, Mil-Muğan və Şirvan-Salyan Regional Məşğulluq filialları tərəfindən Qazax, Beyləqan və Hacıqabul rayonlarında təşkil edilmiş aktiv məşğulluq tədbirlərində 44 işəgötürən tərəfindən 340 vakansiya təqdim edilib. Yarmarkalarda vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, ilkin müsahibələr keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Qeyd edək ki, aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə peşə hazırlığı, özünüməşğulluq proqramı və digər layihələr barədə də məlumat verilib.