Qarabağ Peşə Hazırlığı Mərkəzində əlilliyi olan şəxslər üçün peşə hazırlığı kursu təşkil edilib

Dövlət Məşğulluq Agentliyinin tabeliyində Qarabağ Peşə Hazırlığı Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslər üçün kompüter operatoru peşəsi üzrə hazırlıq kursuna başlanıb.
 

İnklüziv kursa əlilliyi olan məhdud əmək qabiliyyətli 6 nəfər, o cümlədən Qarabağ “DOST Evi”nin 2 benefisiarı cəlb edilib.
 

İnklüziv kursların təşkilində məqsəd əlilliyi olan şəxslərin əlavə bilik və bacarıqlar qazanmasına, məşğulluqlarının təmin edilməsinə dəstək göstərməkdir.
 

Kursu uğurla bitirən şəxslərə sertifikatlar təqdim ediləcək.