Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi və Ağdam Sənaye Parkında yerləşən “Bafco İnvest” MMC-nin birgə əməkdaşlığı ilə növbəti peşə hazırlığı kursuna başlanıb.
“Genişprofilli dəzgahçı” peşəsi üzrə təşkil edilən kursa 11 müdavim cəlb olunub. Onların əksəriyyəti Ağdam şəhərinə köçürülmüş sakinlərdir. Ümumilikdə, “Bafco İnvest” MMC ilə birgə təşkil olunmuş kurslara cəlb edilmiş şəxslərin sayı 101-ə çatıb.
Kurs iştirakçılarına peşə üzrə nəzəri və praktiki biliklər tədris edilir, onların müasir istehsalat proseslərinə uyğun bacarıqlar əldə etmələri təmin olunur. Kursu uğurla başa vurmuş şəxslərin daha sonra işlə təmin olunmalarına dəstək göstərilir.
Kursun məqsədi regionda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələmələrinə dəstək göstərməkdir.