Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduPostmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib.
Onlardan 5100-dək şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub. Seçdikləri iqtisadi fəaliyyət növləri üzrə həmin şəxslərin kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün proqram əsasında aktivlərlə təminatı işləri aparılır.
Qeyd edilən kateqoriyalardan olan 515 şəxsə münasib işlərə göndəriş verilib, 1000 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək məqsədilə başladılan “Məşğulluq marafonu” çərçivəsində təqdim edilən vakansiyalar üzrə isə 321 nəfər münasib işlə təmin edilib.