Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırasına yeni istiqamətlər əlavə olunub.
Proqramın zərflər siyahısına:
“Qəssab dükanı”,
“Kotançılıq”,
“Özünəxidmət avtoyuma”,
“Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri”,
“Avtorazval xidmətləri”
istiqamətləri də daxil edilib.
İşsiz və işaxtaran şəxslər həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər.
Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 32-dək iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir.
Həmçinin, proqram çərçivəsində təklif edilən digər zərflərin tərkibində dəyişiklik edilərək onlar daha da təkmilləşdirilib.
Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://dma.gov.az/fealiyyet/funksional-istiqametler/ozunumesgulluq