Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.
Son bir həftədə paytaxt və regionlarda 784 nəfər işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində aktivlərlə təmin olunub.
Mal və materiallar formasında verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub.
Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz