Özünüməşğulluq proqramı Füzulidə

Füzuli rayon sakinləri Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun erməni işğalından azad etdiyi doğma torpaqlarına dönməyə hazırlaşırlar. Onlar yurdlarına özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları kiçik ailə təsərrüfatları ilə birgə qayıdacaqlar. Füzuli rayon sakinləri Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun erməni işğalından azad etdiyi doğma torpaqlarına dönməyə hazırlaşırlar. Onlar yurdlarına özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları kiçik ailə təsərrüfatları ilə birgə qayıdacaqlar.


Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan və mühüm sosial əhəmiyyəti olan özünüməşğulluq proqramından yararlanan xeyli sayda Füzuli rayon sakini var. Əsasən kənd təsərrüfatı ilə məşğul olan rayon sakinləri doğma torpaqlarında həmin təsərrüfatları daha da inkişaf etdirmək üçün yaxşı şərait olduğunu qeyd edirlər. 


Məlumat üçün bildirək ki, son 3 ildə Füzuli rayonu üzrə 537 nəfər özünüməşğulluq proqramına cəlb edilib.