Vətən müharibəsi qaziləri özünüməşğulluq proqramının aktiv iştirakçılarıdır

Dövlət Məşğulluq Agentliyi tərəfindən daha bir qrup Vətən müharibəsi qazisi üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.

 

Qazilər Cavid Hüseynov avtoçilingər xidmətləri, Ələsgər Salmanov kiçik foto-atelye, Nəriman Qəribov avtomobil şinlərinin təmiri zərfi üzrə avadanlıqlarla təmin edilib. Aktivlər nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlıq çərçivəsində verilib.

 

Postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 5 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlardan bir qismi artıq seçdikləri sahələr üzrə aktivlərlə təmin edilib, digərləri üçün kiçik bizneslərin yaradılması işləri davam etdirilir.

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text