“Məşğulluğa Dəstək layihəsi”nə dair növbəti ictimai dinləmə Sumqayıtda keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihəsi” çərçivəsində növbəti ictimai dinləmə 07 Aprel 2023-cü il tarixində saat 12:00-da Sumqayıt şəhərində keçiriləcək.

 

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Sumqayıt şəhərindəki Abşeron-Xızı Regional Məşğulluq filialının inzibati binasında keçiriləcək tədbirdə iştirakçılara layihənin hədəfləri, əhatə dairəsi,  icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə məlumat veriləcək.

 

Həmçinin “Məşğulluğa Dəstək layihəsi”ndə iştirak qaydalarına dair məlumatlandırma aparılacaq, tədbir iştirakçılarının sualları cavablandırılacaq.