Növbəti əmək bazarı bülleteni hazırlanıb

Respondentlərin 65%-i ixtisas seçimlərini özləri, 20%-i ailəsinin, 7%-i isə müəllimlərinin tövsiyəsi ilə etdiklərini bildiriblər”

 

“Ali təhsil alanların hər 3-ündən biri tam istəmədiyi və ya məcburiyyət qarşısında qaldığı ixtisası seçdiyini bildirir. Respondentlərin 65%-i ixtisas və qrup seçimlərinin şəxsi seçimlərinin olduğunu, 20% ailəsinin məsləhəti ilə, 7% isə müəllimlərinin tövsiyəsi ilə seçim etdiklərini qeyd ediblər”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ali məktəblərə qəbul imtahanında toplanan balın şəxslərin karyera uğurlarına təsiri haqqında məlumatları özündə ehtiva edən növbəti əmək bazarı bülleteni hazırlanıb.

 

Bülleten Azərbaycan üzrə 2003-2014-cü illər arasında bakalavriat pilləsində təhsilə başlayan və 2018-ci ildə universiteti bitirib əmək bazarına daxil olan 1600-a yaxın şəxs arasında aparılan araşdırma əsasında hazırlanıb.

 

Bülleten mövcud təhsil mühiti və əmək bazarı arasındakı vəziyyətlə bağlı maraqlı nəticələri ortaya çıxarıb. Belə ki, ali təhsil səviyyəsinin artımı ilə əməkhaqqı ortalamasının artımı paralel baş vermir. Doktorantura təhsil pilləsində olan şəxslər bakalavr təhsilli şəxslərdən daha çox əməkhaqqı almaqlarına baxmayaraq, magistr dərəcəli şəxslərdən daha aşağı maaş ortalamasına sahibdirlər.

 

Sorğu əsasında o da aydın olub ki, respondentlərin yalnız 51%-inin çalışdıqları sahə təhsil aldığı ixtisasla üst-üstə düşür. Cəmi 47%-i hazırki iş yerinin bakalavr təhsili müddətində planladığı karyerasına uyğun olduğunu bildirib.

 

Bülletenlə qeyd edilən linkə daxil olaraq tanış ola bilərsiniz: https://dma.gov.az/storage/m-k-bazar-blleteni-2.pdf

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz