Narkomanlıq xəstəliyindən azad olan şəxslərin məşğulluğunun təmini imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi və AİDS-lə Mübarizə İctimai Birliyinin nümayəndələri arasında görüş olub.

 

Görüşdə narkomanlıq xəstəliyindən azad olan şəxslərin cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsinin əhəmiyyəti və bu istiqamətdə birgə fəaliyyətlərin icrası imkanları müzakirə edilib.

 

Qeyd edilib ki, bu kateqoriyadan olan şəxslərin peşəyönümü məsləhəti tədbirlərinə cəlbi və daha sonra məşğulluq proqramlarında iştirakını təmin etməklə onların cəmiyyətə inteqrasiyası sürətləndirilə bilər.