Mingəçevir və Qubada keçirilmiş əmək yarmarkalarında 250-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün Mingəçevir və Qubada əmək yarmarkaları təşkil edib.
 

Mərkəzi Aran Regional Məşğulluq filialının keçirdiyi aktiv məşğulluq tədbirində 18 işəgötürən tərəfindən 143, Quba-Xaçmaz Regional Məşğulluq filialının keçirdiyi eyni məzmunlu tədbirdə isə 16 işəgötürən tərəfindən 110 vakansiya təqdim edilib.
 

Müraciət edən şəxslərə vakansiyaların tələbləri haqqında ətraflı məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

İşsiz və işaxtaran şəxslər yarmarkalarda Dövlət Məşğulluq Agentliyinin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumatlandırılıblar.
 

Əlavə olaraq, Mərkəzi Aran Regional Məşğulluq filialının keçirdiyi əmək yarmarkasında Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi də iştirak edib. Mərkəzin əməkdaşları tərəfindən yarmarka iştirakçılarına peşə hazırlığı kursları barədə məlumat verilib.