“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 250-ə, Marafonun dəstəyi ilə işlə təmin olunan şəxslərin sayı 160-a çatıb

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan Məşğulluq marafonu” davam edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulan işəgötürənlərin sayı artıq 250-ə çatıb. Həmin işəgötürənlrdən 75-dövlət, 175-i isə özəl sahə üzrədir.

 

Marafona qoşulan işəgötürənlər tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı isə 1100-ə çatıb.

 

Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir və marafonun dəstəyi ilə artıq 160 nəfər işlə təmin edilib. Onlardan 100 nəfəri qazi, 60 nəfəri isə şəhid ailəsi üzvüdür.

 

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını  https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

 

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə  marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

 

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

 

alt text