“Məşğulluğa Dəstək Layihəsi” üzrə həssas qruplara aid 22,5 min şəxsin kiçik bizneslərini qurmalarına dəstək göstərilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində artıq 22,5 min işsiz şəxsə aktivlər verilərək kiçik bizneslərini qurmalarına dəstək göstərilib.

 

Özünüməşğulluq proqramının genişləndirilməsində önəmli rol oynayan bu Layihə 2020-2025-ci illəri əhatə edir. 

 

Layihənin məqsədi əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaratmaqdır.

 

22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan layihənin uğurlu icrasının nəticəsi olaraq bu il həmin rəqəmin 25 minə çatdırılması nəzərdə tutulub.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz