Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşularaq şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstək olan işəgötürənlərin sayı artmaqda davam edir.
Bu günədək marafonda iştirak edən işəgötürənlərin sayı artıq 405-ə çatıb.Onlardan 195-i dövlət, 210-ü özəl müəssisələrdir.
Marafona qoşulan işəgötürənlərin 245-i xidmət, 108-i emal, 33-ü kənd təsərrüfatı, 19-u tikinti sahəsinə aiddir.
İşəgötürənlər tərəfindən marafona təqdim edilən vakansiyaların sayı isə 1783-ə çatıb.
Həmin vakansiyalar üzrə artıq 419 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 322-si qazi, qalanları şəhid ailəsi üzvləridir.
Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!