Lənkəranda keçirilən əmək yarmarkasında 83 vakansiya təqdim edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün Lənkəranda əmək yarmarkası təşkil edib.

 

Lənkəran–Astara Regional Məşğulluq filialı tərəfindən keçirilən aktiv məşğulluq tədbirində 13 işəgötürən tərəfindən 83 vakansiya təqdim edilib. Müraciət edən şəxslərə vakansiyaların tələbləri haqqında ətraflı məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

İşsiz və işaxtaran şəxslər yarmarkalarda Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə ediblər.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz