“Kitab bağı” sosial sahibkarlıq kafesi fəaliyyətə başlayıb

“Sosial Müəssisələr” layihəsi çərçivəsində yaradılan kafenin məqsədi həssas kateqoriyadan olan qadınların əmək bazarı və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və “Cığır” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində “Kitab bağı” sosial sahibkarlıq kafesi istifadəyə verilib.

 

Kafenin yaradılmasında əsas məqsəd həssas kateqoriyadan olan qadınların əmək bazarına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

 

Layihəyə cəlb olunan və artıq kafedə fəaliyyət göstərən sosial sahibkarlar ilk olaraq biznes plan və praktiki peşə təlimlərinə cəlb olunub. Sonra isə kafenin yaradılması üçün Agentlik tərəfindən onlara zəruri avadanlıqlar verilib.

 

Müştərilərin mütaliəsi üçün kitabxana bölməsinin də yaradıldığı kafedə benefisiarlar dibçək bitkiləri, güllər və dekorativ bitkilərin yetişdirilməsi və satışını,  həmçinin kofe və şirniyyatların hazırlanması və satışını həyata keçirirlər.

 

Müəssisədə ekoloji cəhətdən təmiz və təbii gübrələrin istehsalı da təşkil olunur.

 

“Kitab bağı” sosial sahibkarlıq müəssisəsi Bakı şəhəri, Yasamal rayon, Müzəffər Həsənov küçəsi 35 ünvanında yerləşir.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz