“Karyera Müşaviri” gənclərə karyera məsləhəti və peşə seçimi üzrə dəstək göstərir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi gənclərin peşə və karyera istiqamətlərini düzgün müəyyənləşdirmələrinə dəstək məqsədilə peşəyönümü və karyera məsləhəti xidmətlərini davam etdirir.

 

Agentliyin təqdim etdiyi “Karyera Müşaviri” xidməti çərçivəsində peşə və ixtisas seçimi, karyera planının hazırlanması, karyera məqsədlərinin müəyyənləşdirilməsi, bacarıq və maraqların qiymətləndirilməsi, əmək bazarı və perspektivli peşələr barədə məlumatlar təqdim edilir.

 

Həmçinin CV və motivasiya məktubunun hazırlanması, iş axtarışı strategiyası və iş müsahibəsinə hazırlıqla bağlı tövsiyələr verilir.

 

Bu xidmətdən yararlanmaq istəyən vətəndaşlar “Karyera Müşaviri” platforması (https://dma.gov.az/layiheler/sosial-layiheler/alo-karyera) vasitəsilə müraciət edə bilərlər. Müraciətlərin qiymətləndirilməsindən sonra vətəndaşla əlaqə saxlanılaraq ona məsləhət xidməti göstərilir.

 

Agentlik tərəfindən bu xidmət çərçivəsində ötən il 1847 vətəndaşla 2248 konsultasiya, cari ilin yanvar-iyul aylarında isə 1052 vətəndaşla 1151 konsultasiya keçirilib.