Karyera Mərkəzlərinin Koordinasiya Şurasının İdarə Heyətinin görüşü keçirilib

Dövlət Məşğulluq Agentliyinin nəzdində yaradılan Karyera Mərkəzlərinin Koordinasiya Şurasının İdarə Heyətinin görüşü keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin, Gənclər Fondunun, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Dövlət Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Universitetinin və Bakı Ali Neft Məktəbinin nümayəndələri iştirak edib.

 

Görüşdə Karyera Mərkəzlərinin Koordinasiya Şurasının gələcək fəaliyyət istiqamətləri, əsasnaməsinin hazırlanması, səlahiyyətləri, gözləntilər və iş prinsipi haqqında fikir mübadiləsi aparılıb.

 

Həmçinin İdarə Heyəti üzvləri təmsil etdikləri qurumlardakı Karyera Mərkəzlərinin fəaliyyəti ilə bağlı məlumat verib, görüləcək işlər barədə öhdəliklər müəyyənləşdirilib.

 

Qeyd edək ki, Karyera Mərkəzlərinin Koordinasiya Şurasının yaradılmasında məqsəd vahid standartların müəyyən edilməsi və tətbiqi, karyera mərkəzi olmayan ali təhsil müəssisələrində belə mərkəzlərin yaradılmasına dəstək göstərilməsi, metodiki bazanın, yerli müsbət təcrübələrin paylaşılması, xarici təcrübənin araşdırılması və tətbiqinə dəstək göstərilməsidir.

 

alt text

 

alt text

 

alt text