Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə “İxtisas Bələdçisi” maarifləndirmə seminarları təşkil edilib.
İki həftə davam edən layihə çərçivəsində 11 region, 51 rayon və şəhərdə görüşlər təşkil edilib. Seminarlarda iştirakçılara ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib, özünütanıma, özünüinkişafın əhəmiyyəti, bacarıq və istedadların müəyyən olunmasının yolları izah edilib.
Maarifləndirmə seminarlarında ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri, abituriyentlər, onların valideynləri və müəllimlər də daxil olmaqda 6 mindən artıq vətəndaş iştirak edib.