Bakı və Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən işəgötürənlərlə görüş təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən Suraxanı, Xəzər rayon və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə işəgötürənlərlə görüş keçirilib.

 

Tədbirdə 2022-ci il üçün təsdiq olunmuş Ərazi Məşğulluq Proqramından irəli gələn məsələlərin icra vəziyyəti və görüləcək işlər barədə məlumat verilib, müzakirələr aparılıb.

 

Daha sonra işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri, əməkdaşlıq münasibətlərinin formalaşdırılması, həmçinin sosial müdafiəyə xüsusi etiyacı olan şəxslərin əmək bazarına inteqrasiyasının təmin edilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə təqdimat edilib.

 

Görüş işəgötürənlərlə əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.