Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov ilə görüşüb.
Peşə hazırlığı sistemində aparılan islahatları qeyd edən Mustafa Abbasbəyli aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişəndirilməsi məqsədilə görülən işlər barədə məlumat verib.
Görüşdə əmək bazarında işəgötürənlərin tələblərinə uyğun keyfiyyətli, peşəkar kadrların hazırlanması, işsiz və işaxtaran şəxslər barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasının formalaşdırılması, qurumlararası məlumat mübadiləsinin aparılması, təhsil proqramlarının keyfiyyət səviyyəsi, Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin, qeyri-formal və informal yolla əldə olunmuş bacarıqların tanınması istiqamətində əməkdaşlıq barədə müzakirə aparılıb.