Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDOST Agentliyində keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı Nazirliyin həyata keçirdiyi sosial dəstək paketi barədə məlumat verib. O, bu dəstək tədbirlərinin 21 mindən çox şəxsi əhatə etdiyini, onlara müvafiq sosial ödənişlərin təyinatı, sosial-psixoloji dəstəyin göstərilməsi, həmin şəxslərin məşğulluq məsələlərinin həlli istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb.
Nazir müavini sosial islahatları, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib. Müasir, şəffaf iş prinsipləri, e-texnologiyaların tətbiqi əsasında xidmətlərin keyfiyyətinin yüksəldilməsi, DOST mərkəzlərinin, sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsi üçün aparılan işləri vurğulayıb.
A.Əliyev əlillik sahəsində islahatları diqqətə çatdırıb. Vurğulayıb ki, bu sahədə aparılan işlər əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılmasına, əsassız əlillik təyinatlarına yol verilməməsinə, sosial ədalətliliyin təmin olunmasına xidmət edir.
Nazir müavini islahatlar prosesində ictimai iştirakçılığın təmin edilməsinə, vətəndaş cəmiyyətləri nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. O, həssas qruplardan olan insanlara sosial xidmətlərin göstərilməsi sahəsində Nazirliyin müvafiq sahələr üzrə ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb, bu istiqamətdə birgə işlərin davam edəcəyini deyib.
İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın sədr müavini Umud Mirzəyevin və digər şura üzvlərinin fikirləri dinlənilib.Görüş zamanı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələrində yaradılmış elektron sistemlərə, proaktiv xidmətlərə aid təqdimat edilib.Aparılan sosial islahatlara və gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.