Həftə ərzində keçirilmiş yarmarkalarda 667 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün həftə ərzində İmişli, Şamaxı, Qusar, Qazax, Bərdə rayonlarında, eləcə də Bakı şəhərində əmək yarmarkaları keçirilib.

 

Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən ümumilikdə 100-dən çox işəgötürən 667 vakansiya təqdim edib. Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Yarmarkaya qatılan şəxslərə həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.