Həftə ərzində keçirilmiş yarmarkalarda 35 işəgötürən tərəfindən 208 vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün Bakı və Mingəçevir şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında əmək yarmarkaları keçirib.           


Aktiv məşğulluq tədbirlərində dövlət və özəl sektoru təmsil edən ümumilikdə 35 işəgötürən 208 vakansiya təqdim edib. Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Agentliyin tabeliyində Göyçay Peşə Hazırlığı Mərkəzi Mingəçevirdə təşkil olunmuş yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.