Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan Seneqal Respublikasının dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Agentliyin İdarə Heyəti sədrinin müavini Eşqin Bayramov nümayəndə heyətinə qurumun fəaliyyəti barədə məlumat verib, məşğulluq sahəsində aparılan islahatlardan danışıb. Görüşün iki ölkə arasında təcrübə mübadiləsi və gələcək əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Mamadou Lamine Diante Seneqal Respublikasında 2026-cı ilin “Məşğulluq ili” elan edildiyini, əsas çağırışların gənclərin peşəkar inkişafı və sahibkarlığın təşviqi ilə bağlı olduğunu bildirib. Nazir qeyd edib ki, ölkənin bütün regionlarında Peşə İnkişafı Mərkəzlərinin yaradılması nəzərdə tutulub. Seneqallı nazir peşə hazırlığının təşkilində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını vurğulayıb.
Daha sonra Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri, xüsusilə də “Əmək və məşğulluq” altsistemi (ƏMAS) barədə təqdimat edilb. ƏMAS-ın vətəndaşlar, işəgötürənlər və dövlət üçün yaratdığı imkanlar diqqətə çatdırılıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva da öz növbəsində Xidmətin fəaliyyət istiqamətləri və “Əmək və məşğulluq” altsistemi vasitəsilə əmək münasibətlərinin təşkili və idarə olunması barədə məlumat verib. Nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.