Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduÖtən dövrdə Hacıqabul rayonunda 1000-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov özünüməşğulluq proqramı çərçivəsində Hacıqabul rayon sakinləri - Qarayev Məhəmməd Nuşirəvan oğlu və Mənafova Aynurə Bilal qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Proqram çərçivəsində verilmiş aktivlər hesabına M.Qarayev avtotəmizləmə xidmətləri üzrə, A.Mənafova isə dərzi sexini yaratmaqla kiçik bizneslərini qurublar.
Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.
Qeyd edək ki, ötən dövrdə Hacıqabul rayonunda 1000-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz