GİZ Dövlət Məşğulluq Agentliyi üçün növbəti təlim materialları hazırlayıb

Almaniya Federal Iqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi regional proqramı” çərçivəsində 10-12 fevral tarixlərində tədbir keçirilib.

Tədbirin əsas məqsədi Dövlət Məşğulluq Agentliyinə müraciət edən işaxtaran və işsiz şəxslərin bilik və bacarıqlarını artıraraq məşğulluq imkanlarını genişləndirmək üçün hazırlanmış qısamüddətli təlim materialları ilə bağlı aidiyyəti ekspert və mütəxəssislərlə fikir mübadiləsi aparmaq, onların rəy və təkliflərini nəzərə alaraq materialları yenidən nəzərdən keçirməkdir.

 

Tədbir zamanı:

  • “soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”,
  • “süni suvarma sistemlərinin çəkilməsi və quraşdırılması üzrə texnik”,
  •  “avtomobil nəqliyyatında hərəkət və yükləmə-boşaltma işlərinin əməliyyatçısı (anbardar)”,
  • “aşpaz (Azərbaycan mətbəxi)”
  • “intensiv tərəvəzçilik”

istiqamətləri üzrə təlim materialları müzakirə olunub.

 

Tədbirdə özəl sektorun nümayəndələri, GİZ nümayəndəsi Aytən Süleymanova, Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Rəşad Əsgərli və müstəqil ekspert Amil Çərkəzov iştirak edib. Ekspert və mütəxəssislər hazırlanmış təlim materialları ilə tanış olub, onların müasir əmək bazarının tələblərinə cavab verməsi məqsədi ilə öz təkliflərini irəli sürüblər.

 

 

alt text

 

alt text

 

alt text

 

alt text