Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən cari ilin iyun ayında 207 nəfər peşə hazırlığına cəlb edilib.
Gəncə-Daşkəsən Qarabağ, Qazax-Tovuz, və Şəki-Zaqatala Regional Məşğulluq filialları ilə birgə təşkil edilən kurslar mebel ustası, intensiv bağçılıq üzrə işçi, yanacaqdoldurma stansiyalarının operatoru, ofisiant, elektrik maşın, aparat və cihazlarının sazlayıcısı, qənnadçı, şirniyyatçı və digər sahələri əhatə edir. Hazırda Mərkəzdə ümumilikdə 27 peşə hazırlığı kursu üzrə tədris aparılır.
Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir və kursları uğurla bitirən şəxslərin məşğulluğuna da dəstək göstərilir.