Həftə ərzində keçirilmiş yarmarkalarda 72 işəgötürən 400-dən çox vakansiya təqdim edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün Bakı və Sumqayıt şəhərləri, eləcə də Cəbrayıl, Cəlilabad və Goranboy rayonlarında əmək yarmarkaları keçirib. 
 

Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən ümumilikdə 72 işəgötürən 400-dən çox vakansiya təqdim edib. Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

Agentliyin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzi Goranboyda təşkil olunmuş yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.