Ötən dövrdə əlilliyi olan 8,1 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramının icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verir.

 

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində əlilliyi olan 8,1 min şəxsə kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

 

Onlar üçün ilk mərhələdə təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz