Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Belçika Krallığında səfərdə olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Belçika Krallığının Brüssel şəhərində rəsmi səfərdə olub.

 

Səfər çərçivəsində nümayəndə heyəti Avropa Sosial Şəbəkəsi, Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası və Belçika Krallığının Brüssel Regionu üzrə Məşğulluq Xidmətinin nümayəndələri ilə görüşlərdə iştirak ediblər.

 

İlk olaraq qurumların fəaliyyət istiqamətləri, həyata keçirilən sosial və rəqəmsal layihələr, beynəlxalq əməkdaşlıqlar barədə məlumat verilib, ən yaxşı təcrübələr bölüşülüb.

 

Görüşlər zamanı Dövlət Məşğulluq Agentliyi ilə hər üç qurum arasında gələcək əməkdaşlıq imkanları da müzakirə edilib.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz