Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu2021-ci idə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili Agentliyi arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək, yeni birgə fəaliyyət imkanları yaradılacaq.
Bu fikirlər Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili Agentliyinin direktoru Pərviz Yusifovun görüşündə səslənib.
Hazırda Dövlət Məşğulluq Agentliyinin 4 Peşə Təhsil Müəssisəsinin fəaliyyət göstərdiyini bildirən M.Abbasbəyli cari ildə bu mərkəzlərin daha müasir standartlara uyğun yenidən qurulmasına başlanacağını, əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar üzrə tədrisin həyata keçiriləcəyini bildirib. Sədr qeyd edib ki, Agentliyin bu sahədə əsas prioriteti peşə hazırlığını bitirən şəxslərin məşğulluq məsələləridir.
Görüşdə peşə təhsilini bitirən şəxslərin məşğulluq məsələləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, iki qurum arasında peşəyönümü, özünüməşğulluq proqramı istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib. Cari ildə Dövlət Məşğulluq Agentliyinin nəzdində yaradılacaq Karyera Mərkəzi haqqında məlumat verilib.
İki Agentlik arasında işçi qrupun yaradılmasına dair yekdil fikir ifadə olunub.