Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə təşkil olunmuş növbəti peşə hazırlığı kursu başa çatıb.
“Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” mövzusu üzrə təşkil olunmuş kursa 48 müdavim cəlb edilib. Müdavimlərlə texniki standartlar və təhlükəsizlik, ilkin yardımın əsasları, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması, texniki təhlükəsizlik qaydaları kimi biliklər paylaşılıb. Tədrisin yekununda nəzəri və praktiki imtahanlar keçirilərək qiymətləndirmə aparılıb.
Bununla da Dövlət Məşğulluq Agentliyi ilə ANAMA-nın əməkdaşlığı çərçivəsində təşkil olunan kurslara cəlb edilən müdavimlərin sayı 195-ə çatıb.
Qeyd edək ki, həmin şəxslər artıq işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətində iştirak edərək, ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi əməliyyatlarına öz töhfələrini verirlər.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz