Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli onlayn qaydada vətəndaşları qəbul edib. Qəbulda 3, 5, 9 və 13 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə vətəndaşlar iştirak edib.
Vətəndaşlar özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və işlə bağlı müraciətlərini ediblər. Müraciətlərin hər biri qeydiyyata alınıb və həlli üçün müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə tapşırıqlar verilib.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Dövlət Məşğulluq Agentliyinin aparatında rəhbərlik tərəfindən ümumilikdə 25 onlayn vətəndaş qəbulu keçirilib. Həmin qəbullarda 227 vətəndaş iştirak edib. Onlardan 96 nəfəri işlə bağlı, 125 nəfəri özünüməşğulluq proqramı, 5 nəfəri ictimai iş, 1 nəfər isə digər məsələlərlə bağlı müraciət edib.