Dövlət Məşğulluq Agentliyi daha 305 şəxs üçün peşə kursları təşkil etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi daha 305 şəxs üçün peşə hazırlığı kursları təşkil edib.

 

Onlardan 53 nəfəri üçün Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, 252 nəfəri üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.

 

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.

 

Hazırda peşə kurslarının təşkilində 142 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.

 

Kursların sonunda məzunlara sertifikatlar təqdim olunur və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək də göstərilir.