Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyində Vətən müharibəsində yaralanmış qazilər və şəhid ailəsi üzvləri ilə növbəti görüş keçirilib.
Agentliyin sədri Mustafa Abbasbəyli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda böyük şücaət göstərən qəhrəmanlarımızın dövlətin diqqət və qayğısı ilə əhatələndiyini bildirib.
Görüş zamanı şəhid ailəsi üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluqlarının təmini üçün atılan addımlar çərçivəsində həyata keçirilən “Məşğulluq marafonu” barədə məlumat verilib. Qazilərin və şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına cəlb edilərək, kiçik biznesə sahib olmaları, onların münasib işlərlə təminatı sahəsində görülən işlər diqqətə çatdırılıb.
Şəhid ailəsi üzvlərinin və qazilərin sosial vəziyyətləri öyrənilib, müraciətləri qeydiyyata alınaraq həlli üçün aidiyyatı üzrə göstəriş verilib.
Vətən müharibəsi qazilərinin sosial dəstəklə əhatə olunmaları, onların məşğulluğunun təmin olunması sahəsində işlərin bundan sonra da davam edəcəyi bildirilib.