Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduŞərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası keçirəcək.
Yarmarka martın 13-də saat 11:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin ofisində (Cəbrayl şəhəri, bina 31, mərtəbə 1, mənzil 2) təşkil olunacaq.
Tədbirdə “Azəriqaz” İB-nin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri, qaz təsərrüfatının nəzarətçisi, təmirçi çilingər, elektrik-qaz qaynaqçısı, gözətçi və s. işlər üzrə vakansiyalar təqdim ediləcək.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz