Cəbrayılda əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.

 

Yarmarka noyabrın 7-də saat 10:30-dan 12:00-a kimi Cəbrayıl şəhərində, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək. 

 

Tədbirdə işaxtaran şəxslərə 5 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 125 vakansiya təqdim ediləcək. 

 

Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.  

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz