Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu2024-cü ildə korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirakı ilə seçilən sosial tərəfdaşlar mükafatlandırılacaq.
İlin sonunadək 11 nominasiya üzrə həm iri, həm orta, həm də kiçik sahibkarlıq subyektləri üzrə qaliblər müəyyənləşəcək.
Nominasiyalar şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, qadınların, gənclərin, pensiya yaşına iki ildən az qalmış şəxslərin, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin, məşğulluq tarixçəsi olmayan vətəndaşların və məşğulluq orqanında 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərin məşğulluğunun təminatına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlar, habelə “Əmək və məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan və bu altsistemə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaşlardır.
Nominasiyalar üzrə TOP 5 sosial tərəfdaşın nəticələri il boyu Agentliyin rəsmi saytında yayımlanır. https://dma.gov.az/fealiyyet/korporativ-sosial-mesuliyyet
Qeyd edək ki, korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların 2022-ci ildən hər il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən mükafatlandırılması tədbirləri keçirilir.