Bu həftə təşkil olunmuş yarmarkalarda 200-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.

 

Qazax-Tovuz və Abşeron-Xızı Regional Məşğulluq filiallarının Tovuz və Xırdalan şəhərlərində keçirdikləri əmək yarmarkalarında 39 işəgötürən tərəfindən 225 vakansiya təqdim edilib.

 

Aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib və müraciət edən uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Həmçinin, tədbirlərdə işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları barədə də məlumat verilib.

 

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz