Bu həftə keçirilmiş yarmarkalarda 107 işəgötürən tərəfindən 750-ə yaxın vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Bakı, Gəncə şəhərləri, həmçinin Xızı, Salyan, Ağstafa və Xaçmaz rayonlarında əmək yarmarkaları təşkil edilib.
 

Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Şirvan-Salyan, Qazax-Tovuz və Quba-Xaçmaz Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 107 işəgötürən tərəfindən ümumilikdə 747 vakansiya təqdim edilib.
 

Müraciət edən şəxslərə vakansiyaların tələbləri, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.  
 

Agentliyin tabeliyində fəaliyyət göstərən Peşə Hazırlığı Mərkəzləri və Mərkəzi Karyera filialı da yarmarkalarda öz stendləri ilə təmsil olunublar. Tədbirlərdə işsiz və işaxtaran şəxslərə karyera məsləhəti xidməti göstərilib.