Bu həftə keçirilmiş əmək yarmarkalarında 550-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Xırdalan, Kürdəmir, Quba, Masallı, Şamaxı və Şirvan şəhərlərində əmək yarmarkaları təşkil edilib.

 

Abşeron-Xızı, Mərkəzi Aran, Quba-Xaçmaz, Lənkəran-Astara, Dağlıq Şirvan və Şirvan-Salyan Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 93 işəgötürən tərəfindən ümumilikdə 553 vakansiya təqdim edilib.

 

Müraciət edən şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

İşsiz və işaxtaran şəxslərə Agentliyin fəaliyyəti və müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.