Bu həftə keçirilmiş əmək yarmarkalarında 380-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Sabirabad, Samux rayonları, həmçinin Mingəçevir şəhərində əmək yarmarkaları təşkil edilib.

 

Mil-Muğan, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 56 işəgötürən tərəfindən ümumilikdə 387 vakansiya təqdim edilib.

 

Müraciət edən şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

İşsiz və işaxtaran şəxslərə Agentliyin fəaliyyəti və müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.