Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Lənkəran və Salyan rayonlarında əmək yarmarkaları təşkil edilib.
Lənkəran-Astara və Şirvan-Salyan Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 24 işəgötürən tərəfindən, ümumilikdə 130-a yaxın vakansiya təqdim edilib.
Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər və işə qəbul qaydaları barədə məlumat verilib, həmçinin uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bundan başqa, yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.