Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədr müavini Elşən Mahmudov “SABAH.city”də keçirilən 5-ci “Baku ID” innovasiya festivalının açılış mərasimində iştirak edib.
Tədbirdə dövlət qurumlarının rəhbərləri, eləcə də innovasiya ekosisteminin aparıcı simaları, texnologiya və biznes liderləri bir araya gəliblər.
Tədbirdə insan kapitalının inkişafı, əmək bazarının dəyişən tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması və digər mövzular ətrafında müzakirələr aparılıb. Müzakirələrdə innovasiyanın inkişafında dövlət və özəl sektorun rolu və əməkdaşlığın gücləndirilməsi məsələlərinə də toxunulub.
Festival çərçivəsində süni intellekt, vençur kapitalı, startapların maliyyələşdirilməsi, təhsil və səhiyyə texnologiyaları mövzularında çıxış və təqdimatlar edilib, həmçinin panel müzakirələri keçirilib.